Bankların aktivləri 30 milyarda yaxınlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Bankların aktivləri 30 milyarda yaxınlaşıb

İqtisadiyyat

02 Aprel 2019 17:15 830


28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,950.8 mln. manat, cəmi öhdəlikləri isə 25,708.0 mln. manat təşkil edib. 

“Yeni Sabah” xəbər verir ki, sektorun balans kapitalı 4,242.8 mln. manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348.0 mln. manat), öhdəlikləri 0.9% (222.3 mln. manat), balans kapitalı isə 3.0% (125.5 mln. manat) artıb. Bankların kredit portfeli fevralda 0.7% (88.9 mln. manat) artaraq 12,629.9 milyon manat təşkil edib.

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8,118.5 mln. manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 mln. manat) artıb. Sezar pizza

Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 mln. manat, xalis mənfəəti isə 49.2 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı     2 524 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım fevral ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683  nəfər təşkil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!