Bankların valyuta əməliyyatlarından gəlirləri son bir ayda 37% artıb

saytların hazırlanması

Evə çatdırılma

Bankların valyuta əməliyyatlarından gəlirləri son bir ayda 37% artıb

İqtisadiyyat

02 May 2025 12:53 339


2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72,3 milyon manat təşkil edib.

Yenisabah.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə  10,8 milyon və ya 17,6% manat artıb.

Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61,5 milyon manat təşkil edib. pizza hut

Aylıq müqayisədə isə 19,5 milyon manat və ya 36,9% artım baş verib. Bir ay əvvələ isə bu göstərici 52.8 milyon manata bərabər olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!