Barama daha bir layihəyə dəstək verir

saytların hazırlanması

Evə çatdırılma

Barama daha bir layihəyə dəstək verir

Sosial

02 Fevral 2019 17:32 1024


“Azercell Telekom” MMC tərəfindən 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihəyə dəstək verir. 

“Yeni Sabah” xəbər verir ki, mərkəz təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibkarlıq Laboratoriyası” proqramında yaxından iştirak edir. Belə ki, layihə çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub. 2 gün davam edəcək təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və bu sahə ilə bağlı digər məlumatları əldə edə biləcəklər.

Təcrübə zamanı Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata keçirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşəcəklər. Bundan əlavə, səfər çərçivəsində 4 regionu təmsil edən xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindəki startap layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. İştirakçılar həmçinin sosial sahibkarlıq sahəsində təcrübə qazanmış şəxslərlə tanış olacaq, biznesin ilk illərində uğursuzluqdan qaçmağın yolları mövzusunda müzakirə aparacaqlar. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!