“Barda o qızı görəndə, qərar verdim ki, onunla evlənəcəyəm”...

saytların hazırlanması

Evə çatdırılma

“Barda o qızı görəndə, qərar verdim ki, onunla evlənəcəyəm”...

İdman

15 Fevral 2019 01:21 1333


"Barselona"nın ulduz futbolçusu İvan Rakitiç şəxsi həyatından danışıb.

O, deyib ki, hər şey Rakitiçin bara girməsi ilə başlayıb...

Hollivud filmləri kimi bir hekayəm var. Ancaq tamamilə gerçək. Hər şey bir xorvatın bir bara girməsi ilə başladı. Marqarita pizza

21 yaşımdaydım. İspaniyaya çatanda axşam saat 10 olardı. Nədənsə həmin gecə yuxum gəlmirdi. Qardaşıma "gəl, gedib bir şeylər içək” dedim.

Bara girən kimi bir qız gördüm. Necə gözəl olduğunu təsəvvür edə bilərsiniz...

İşin pis tərəfi, 6 dil bilməyimə rəğmən ispanca bilmirdim və qıza sadəcə "salam” deyə bildim.

Sonra da qardaşıma "Bu ofisiant qızı görürsən? "Sevilla”da oynayacam və bu qadınla evlənəcəm” dedim.

Qardaşım "hə, sən deyəndir” deyib güldü...

"Sevilla” ilə müqavilə imzaladıqdan sonra 3 ay o oteldə qaldım. Çünki gözəl ev axtarırdım. Bu müddətdə hər səhər o qızı görmək üçün otelin barında qəhvə içirdim.

Tək bildiyim adının Rakel olduğu və ingilis dilini bilməməsi idi. Hər görəndə içimdə bomba partlayırdı.

3 ay boyunca, ən azı 30 dəfə gəzməyə çıxmağı təklif etdim, hər dəfəsində də bir bəhanə tapıb "yox” dedi. Nəhayət, özümə istədiyim kimi ev tapdım, ancaq xoşbəxt deyildim. Evimə yerləşsəm də, Rakeli görmək üçün hər səhər otelə qəhvə bəhanəsi ilə getməyə davam edirdim.

Bu müddətdə ispancanı öyrənməyə çalışırdım. Bir gün Rakel mənə niyə "yox” dediyinin səbəbini açıqladı: "Sən futbolçusan. Hər il başqa ölkəyə gedə bilərsən. Üzgünəm, amma yox”.

İspaniyaya 27 yanvarda gəlmişdim. Onunla ilk görüşüm isə 20 avqusta təsadüf etmişdi. O gün, adını çəkmək istəmədiyim dostum "qız bu gün işləmir, bacısı ilə barda içir” mesajını göndərdi.

Rakelin yanına gedib "axır ki, sənin boş vaxtını tutdum, artıq mənimlə yemək yeyəcək vaxtın var” dedim. Qız şoka düşdü.

Bacısını da götürüb çıxdıq.

Bir gün sonra da yeməyə getdik. Və o gündən sonra, 6 ildir heç ayrılmadıq. Həyatımda etdiyim ən çətin iş bu idi. Çempionlar liqasını qazanmaqdan daha çətin idi, ancaq bacardım. İndi 2 gözəl qızımız var…

Goal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!