Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi

Sosial

25 Yanvar 2025 13:10 171


Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətliliyinin artması avtomobil yollarında nəqliyyatın intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirlər gücləndirilsə də, sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən bəzən həftəsonları ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq. Marqarita pizza

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir, mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmamağı xahiş edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!