Baş katib: “44 günlük müharibə zamanı Türk Şurası Azərbaycanın haqq işini dəstəklədi“

saytların hazırlanması

Evə çatdırılma

Baş katib: “44 günlük müharibə zamanı Türk Şurası Azərbaycanın haqq işini dəstəklədi“

Siyasət

03 Oktyabr 2021 12:41 745


"Türk dünyasının birliyi əhəmiyyətli müvəffəqiyyətlərin sayəsində, hər şeydən əvvəl Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və onun müstəqilliyinin, ərazi bütövlüyünün bərpasından sonra möhkəmləndi".

Yenisabah.az xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Baqdad Amreyevin təbrikində deyilir.

"44 günlük Vətən Müharibəsi zamanı Türk Şurası bütün üzv dövlətlər adından Azərbaycanın haqq işini hər vasitə ilə dəstəklədi və onun qalib nəticəsi bütün dövlətlərimizin qürur mənbəyi oldu", - deyə təbrikdə vurğulanır. pizza sifarişi

Baqdad Amreyev qeyd edib ki ki, 2020-2021-ci illər türk dünyası üçün müvəffəqiyyətli olub.

Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!