Bu gün Topaz Premyer Liqasının 22-ci turunda “Qəbələ” doğma meydanında “Sabah”ı qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, qolsuz bərabərliklə başa çatan matçı komandanın baş məşqçisi Sənan Qurbanov bu cür şərh edib:
“Qələbə qazanmaq istəyirdik. Amma bunun üçün meydanda heç nə etmədik. Bu gün ümumilikdə pis oynadıq. Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi. Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur”. pizza mizza
Telegram kanalımız