Baş məşqçimiz italiyalı həmkarlarına master-klass keçib

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçimiz italiyalı həmkarlarına master-klass keçib

İdman

11 Mart 2019 16:10 938


Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat verib. Matç İtaliyanın Desio şəhərində təşkil olunub. Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, gənclər arasında fərdi yarışda Arzu Cəlilova və Nərminə Səmədova, qrup hərəkətləri komandasında Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Milana Əkbərova iştirak ediblər.

Qeyd edək ki, görüşdən bir gün sonra Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva İtaliya məşqçilərinə master-klass keçib. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!