Baş nazir Azərbaycandakı işsizlərlə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Azərbaycandakı işsizlərlə bağlı qərar verdi

Xalqın səsi

17 Mart 2019 13:23 2744


Baş nazir Novruz Məmmədov sosial təminatlarla bağlı Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik və əlavələr edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliklər “Məşğulluq haqqında” qanunun tətbiqi barədə prezidentin 2018-ci il 24 avqust tarixli fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə olunub. 

- “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.5.1-ci yarımbəndində “müvəqqəti ictimai” sözləri “haqqı ödənilən ictimai” sözləri ilə əvəz edilib. pizza sifarişi

- 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda aşağıdakı dəyişikliklər edilib:

1. 11-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşları” sözü “şəxsləri” sözü ilə əvəz edilsin;

2. 18-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin.

- “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilib:

1. 1.2-ci bənddə “işsizin” sözü “işsiz şəxsin” sözləri ilə əvəz edilsin; 

3.2. 4.3-cü bənddə “təsdiq” sözü “təqdim” sözü ilə, “verilir” sözü “qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür” sözləri ilə əvəz edilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!