Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında danışdı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında danışdı

Siyasət

29 Sentyabr 2021 23:55 1055


"2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi iki dəfədən çox artıb".

Yenisabah.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bildirib.

Ə.Əsədov deyib ki, 2021-ci ilin 8 ayı ərzində bu marşrut üzrə yük daşımalarının həcmi 345 min tondan çox olub: "Dəhlizin tam gücü ilə işə salınması üçün Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə işlər davam edir. Bu baxımdan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması və mərhələli şəkildə istismara verilməsi üçün Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edirik. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və digər dəhlizlər çərçivəsində də əməkdaşlıq uğurla davam edir"./APA pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!