Baş nazir bu yanacaq məhsullarının aksiz vergisini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir bu yanacaq məhsullarının aksiz vergisini dəyişdi

İqtisadiyyat

14 Aprel 2019 14:39 1324


Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

“Yeni Sabah” xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə 2710 19 210 0 və 2710 19 250 0 alt yarımmövqelərinə aid sətir aşağıdakı redaksiyada verilib: 

2710 19 210 1-  reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün 1,0 manat  pizza

2710 19 210 9 - reaktiv mühərriklər üçün digər yanacaq - 1 ton üçün 80 manat 

2710 19 250 1 -  KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin 1 ton üçün 1,0 manat 

2710 19 250 9 - digər məqsədlər üçün kerosin 1 ton üçün 80 manat

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!