Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşdü

Siyasət

01 Aprel 2026 18:50 430


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb. Toyuqlu pizza

Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!