“Baş nazir hansı inqilabından danışır?” – Hətta balta sapı da xaricdən alınır

saytların hazırlanması

Evə çatdırılma

“Baş nazir hansı inqilabından danışır?” – Hətta balta sapı da xaricdən alınır

İqtisadiyyat

16 Mart 2019 13:58 1839


“Baş nazir parlamenti məlumatlandırdı. Çıxışını oxudum, ona hesabat olduğunu yazmağa adamın əli də gəlmir”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Baş nazir Novruz Məmmədovun parlamentdə hesabat çıxışına münasibət bildirərkən deyib. O, bildirib ki, Baş nazir parlamentdə dördüncü sənaye inqilabından danışdı. Halbuki, qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 26,4 faiz azalıb.

“Çıxışında Azərbaycanda 4-cü sənaye inqilabının baş verdiyini ifadə etdi və bunu dövlət başçısının ölkədə sənayeləşmə siyasəti ilə bağladı. Baxmayaraq ki, son illər Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər, yəni istisadiyyata sərmayə qoyuluşu ildən ilə azalır. Ötən il azalma 4,4 faiz idi. Bu ilin 2 ayında azalma daha da çoxalıb 9,3 faizə çatıb. Ən pisi də odur ki, bu dövrdə sərmayə qoyuluşunun yalnız 12,7 faizi qeyri-neft sənayesinə yönəlib.  Marqarita pizza

Ümumiyyətlə isə qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 2019-cu ilin yanvar-fevral aylarında 2018-сi ilin yanvar-fevral aylarına nisbətən 26,4 faiz azalıb. Dördüncü sənaye inqilabının nəticəsi budur? Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür. Azərbaycan tikintidə istifadə etdiyi nəinki mıxı, çəkici, baltanı hətta onun sapını belə daxildə istehsal etməyib, xaricdən gətirirsə, onda hansısa inqilabdan danışmağa dəyərmi?”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!