“Almaniya və Fransa Aİ-nin maraqlarını qorumaq üçün xarici siyasətində güzəştə getməlidir”.
Yenisabah.az xəbər verir ki, bunu mayın 25-də Niderlandın Baş naziri Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib .
"Fransa və Almaniya xarici siyasətlə bağlı mövqelərindən əl çəkməlidir. Çünki onlar sadəcə öz mövqelərini müdafiə etsələr, Aİ-nin vahid cəbhə ilə irəliləməsi çətin olacaq. Bu, bizim üçün ən böyük problemdir”, – deyə Baş nazir vurğulayıb. pizza
Ruttenin sözlərinə görə, Avropa İttifaqının real geosiyasi oyunçuya çevrilməsi üçün ittifaq həm də müdafiəyə daha çox sərmayə qoymalı və bu sahəyə xərcləri ÜDM-in ən azı 2%-i qədər artırmalıdır.
Bundan əlavə, Hollandiya hökumətinin başçısı hesab edir ki, Aİ daxili bazarı gücləndirməli, potensialın tam reallaşdırılması və yeni imkanlar yaratmaq üçün iqtisadiyyatda islahatlar və liberallaşdırma tədbirləri görməlidir.
Telegram kanalımız