Baş nazir qazla bağlı qərara dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir qazla bağlı qərara dəyişiklik etdi

Siyasət

04 Aprel 2022 18:43 1211


Azərbaycanda “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərara görə, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı ərizə də təqdim edilməlidir. Dominos pizza

Bundan əlavə, həmin qaydalar edilən əlavəyə görə, Enerji Məsələləri Tənzimlənmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib.

Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!