Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Siyasət

29 Oktyabr 2021 18:09 3758


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşları təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının işçilərinin, Vergi Xidmətinin strukturuna daxil olan qurumların, yerli bölmələrin işçilərinin, həmçinin Xidmətin Tədris Mərkəzinin işçilərinin, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiq edilib. Sezar pizza

Həmçinin, Maliyyə Nazirliyinə vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Bu qərar 2021-ci il oktyabrın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hüseyn
    Bəs sli məktəb müəllimlərinin maaşı niyə qaldırılmır?
    5 years ago