Baş nazirdən elektrik enerjisi ilə bağlı qərara dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən elektrik enerjisi ilə bağlı qərara dəyişiklik

İqtisadiyyat

20 Aprel 2019 12:47 7260


Baş nazir Novruz Məmmədov “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında dəyişiklik edib. 

“Yeni Sabah” xəbər verir ki, qərara aşağıdakı dəyişiklik olunub.

1-ci hissədə “24 (iyirmi dörd)” rəqəmləri və sözləri “20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilib.  Dördpendirli pizza

2. 2-ci hissədə “12 (on iki)” rəqəmləri və sözləri “10 (on)” rəqəmləri və sözü ilə əvəz edilib. 

3. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nin adında “24 (iyirmi dörd)” rəqəmləri və sözləri “20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilib. 

4. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği”nin adında “12 (on iki)” rəqəmləri və sözləri “10 (on)” rəqəmləri və sözü ilə əvəz edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!