Bazar ertəsi gecə Liviyanın baş naziri Abdel Hamid Dbeybanın Tripolidəki evinə ən azı 2 tank əleyhinə qumbara atılıb.
Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, itkilər barədə məlumat yoxdur.
Baş nazirin evi yaxınlığına hərbi texnika göndərilib. Sezar pizza
Dbeyba Liviyanın BMT tərəfindən tanınan Milli Razılıq Hökumətinə rəhbərlik edir.
Liviyada uzun müddətdir ki, iki paralel icra orqanı var: Tripolidə Milli Razılıq Hökuməti və ölkənin şərqində Xəlifə Haftarın Liviya Milli Ordusunun dəstəklədiyi müvəqqəti kabinə.
Telegram kanalımız