İspaniyanın Baş naziri Pedro Sançes və müdafiə naziri Marqerita Roblesin telefonları "Pegasus" casus proqramından istifadə edilərək sındırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə mətbuat konfransında Baş Nazirlik Aparatının rəhbəri Feliks Bolanyos bildirib.
O deyib: “Hökumət Milli Kriptologiya Mərkəzinin iki texniki hesabatı ilə bağlı ədliyyə orqanlarına məlumat verib, ona əsasən, baş nazirin və müdafiə nazirinin cib telefonlarının məzmununa daxil olmaq imkanı verən vasitə olan "Pegasus" proqramı ilə yoluxub.
2021-ci ilin may ayında Baş nazirin mobil telefonuna iki, 2021-ci ilin iyununda isə müdafiə nazirinin mobil telefonuna bir müdaxilə olub. Bunun xarici hücum olduğuna əminik".
Telegram kanalımız