Baş nazirin sədrliyi ilə iclas keçirildi, mühüm qərarlar qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirin sədrliyi ilə iclas keçirildi, mühüm qərarlar qəbul olundu

Siyasət

10 İyun 2022 19:08 1633


Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!