Baş prokuror deputatın polisi döyməsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror deputatın polisi döyməsindən danışdı

Maraqlı

03 Avqust 2021 11:23 1365


“Dünya təhlükəli olan koronavirus pandemiyası ilə üzləşib. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah dövlət qurumları ilə koordinasiyalı işləyir. Bu sahədə əsas iş Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. DİN əməkdaşları kifayət qədər səmərəli işləyirlər”.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

O, deputat Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı danışıb: Dördpendirli pizza

"Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus restorana gələrək iyulun 21-də polis əməkdaşlarına qarşı qanunsuzluqlar törədib. Biz artıq bununla bağlı cinayət işinə başlamışıq. Cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub. Təqdimatın təmin edilməsini xahiş edirəm”, - deyə Baş prokuror vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!