Daha sabiq vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Daha sabiq vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

Kriminal

07 İyul 2026 15:00 172


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş Murad Əhmədovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İbtidai istintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!