26 yaşlı gənc 65 yaşlı qadını zorlayıb -   DƏHŞƏTLİ HADİSƏ

saytların hazırlanması

Evə çatdırılma

26 yaşlı gənc 65 yaşlı qadını zorlayıb - DƏHŞƏTLİ HADİSƏ

Hadisə

31 Mart 2026 13:20 1300


Bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan müraciət üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb. Sezar pizza

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!