Baş Prokurorluqda 2 yeni təyinatlar - Əmrlər imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqda 2 yeni təyinatlar - Əmrlər imzalandı

Rəsmi

08 Yanvar 2025 13:10 831


Baş Prokurorluqda təyinatlar olub.

Yenisabah.az xəbər verir ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Teymur Qarayev Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin edilib.

2013-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Teymur Qarayev əvvəllər Xətai rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləyib. O, digər bir sıra ictimai rezonans doğuran və ağır cinayət hadisələrinin ibtidai istintaqını aparıb. Toyuqlu pizza

Digər müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Tuqay Rəhimli Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

2019-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Tuqay Rəhimli əvvəllər Gəncə şəhər və Binəqədi rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləyib. London Universitet Kollecində (UCL) magistr təhsili almış Tuqay Rəhimli 2 ildən artıq müddətdə Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!