Baş Prokurorluqda Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqda Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüş keçirildi - Fotolar

Siyasət

16 Noyabr 2022 19:43 822


Noyabrın 16-da Baş prokuror Kamran Əliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb.

Rəyasət Heyətinin sədrini və üzvlərini səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər məlumat verilib

Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd edib. Dominos pizza

Görüşə görə minnətdarlığını bildirən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən təsisatlar olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları ilə səmərəli və işgüzar münasibətlərin vacibliyini bildirib.

Görüş zamanı cinayət prosesinin həyata keçirilməsi zamanı meydana çıxan aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!