Azərbaycanda xəbər agentliyinin rəhbərinə cinayət işi açılıb.
"Qafqaz" Xəbər Agentliyinin rəhbəri Tağıyev Mahmud Rasim oğlu barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci( hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində "ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və "Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb. Dominos pizza
Agentlik rəhbəri barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fikrət Qəribovun icraatına verilib.
Open.az
Telegram kanalımız