“Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova hücumu Rusiya xüsusi xidmət orqanları təşkil edib.
Yenisabah.az “The Washington Post”a istinadla xəbər verir ki, bunu ABŞ hökumətindəki mənbə bildirib.
Onun sözlərinə görə, Amerika kəşfiyyatı belə qənaətə gəlib. Sezar pizza
“Birləşmiş Ştatlar təsdiq edə bilər ki, Rusiya kəşfiyyatı aprelin 7-də “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova hücumu təşkil edib".
Xatırladaq ki, aprelin 7-də Muratova Moskva-Samara qatarının vaqonunda hücum edilib və üzərinə aseton vurulmuş qırmızı yağlı boya çəkilib.
Telegram kanallarından birində hücumun videosu yayılıb, orada hücum edənlərdən birinin baş verənləri kameraya çəkdiyi, digərinin isə boya sıçradığı görünür.
“İnterfaks” mənbəyə istinadən xəbər verir ki, daha sonra polis hücumda şübhəli bilinən şəxslərdən birini saxlayıb. “Baza”nın məlumatına görə, saxlanılan şəxs 37 yaşlı İlya Markovetsdir. İkinci şübhəli 41 yaşlı Nikolay Trifonov hələ də axtarışdadır.
Telegram kanalımız