“Baş verənlər olduqca üzücüdür“   - YAP-çı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Baş verənlər olduqca üzücüdür“ - YAP-çı deputat

Siyasət

22 Aprel 2021 15:25 735


Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb. Video cəmiyyətdə ciddi rezonans doğurub. Vətəndaşların böyük əksəriyyəti “ziyalı” birinin bu cür əməlinə sərt təpki verib. Hətt sabiq deputatı YAP-ın üz qarası da adlandırıblar.

Yenisabah.az xəbər verir ki, YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov baş verənlərlə bağlı fikirlərini bölüşüb. O, sherg.az-a açıqlamasında beılə deyib: 

“Əlbəttə, bütün bunlar təəssüfləndirici haldır. Məsələ ilə bağlı artıq YAP-ın mətbuat xidmətindən açıqlama verilib. Mən də sosial şəbəkələr üzərindən həmin videonu izləmişəm. Hüseynbala müəllim ziyalı insandır, yazıçıdır, vaxtilə millət vəkili olub. Bu baxımdan baş verənlər olduqa üzücüdür. Hər halda sosial şəbəkədə yayılan bu video ilə bağlı YAP-ın müvafiq qərarı olacaq”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!