Başıaçıq halda şəkil çəkdirdiyi üçün 74 qamçı cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

Başıaçıq halda şəkil çəkdirdiyi üçün 74 qamçı cəzası aldı

Dünya

09 Yanvar 2024 11:19 488


İranda başıaçıq formada şəklini paylaşan qadın cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, İranda Röya Həşməti adlı qadın ötən il paytaxt Tehranın küçələrində başı və qolları açıq, dizindən aşağı ətək geyinərək gəzərkən çəkilən şəklini sosial şəbəkədə paylaşdığı üçün 74 dəfə qamçılanıb.

Həşməti barəsində “ictimai əxlaqı pozmaq” və “xaricdəki qruplar tərəfindən maliyyələşdirilmək” ittihamları ilə iddia qaldırılıb. pizza sifarişi

O, ümumilikdə 9 il həbs, 11 milyon 250 min tümən cərimə və 148 şallaq zərbəsi cəzasına məhkum edilib.

Vəkilin etirazı ilə cəza 1 milyon 250 min tümən cərimə və 74 şallaq zərbəsi ilə dəyişdirilib.

 Qeyd edək ki, gənc qadının cəzası ötən həftənin çərşənbə günü icra edilib.

Nigar İlqarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!