”Tanınmış təhsil eksperti Etibar Əliyev Dövlət Yol Polisini ittiham edib. Ekspert “Facebook”da paylaşdığı statusunda DYP-ni “sürücülük vəsiqəsi satmaqda və sürücüləri pusmaqda” ittiham edib.
“Yanvarın 18-də saat 19:00 radələrində Səbail rayonu ərazisində, Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqu, 2 ay əvvəl ailə qurmuş Lalə Sadayzadəni vurub və nəticədə xanım həkim hadisə yerində ölüb.
Dünyanın hər yerində piyada keçid zolaqları işıqlandırılır. Bunu hələ indiyə qədər bilmirsiniz? Dövlət Yol Polisinə qiyməti 50-60 min dollarlıq maşınlar almaq əvəzinə bunu etmək lazımdır. Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa! DTX, Müdafiə Nazirliyi və Milli Məclisin yaxınlığındakı piyada keçid zolağında adam vurana da yəqin ki, sürücülük vəsiqəsini əyri yolla veribsiniz. pizza mizza
Neftçilərdən Qaraçuxur və Bakıxanov Qəsəbəsinə düşən yolda gecə göz-gözü görmür. Orda da zülmətin içində piyada keçidi zolağı var.
Telegram kanalımız