“Bavariya“da yumruq davası -Ulduz futbolçular dalaşdı

saytların hazırlanması

Evə çatdırılma

“Bavariya“da yumruq davası -Ulduz futbolçular dalaşdı

İdman

12 Aprel 2019 20:51 827


Dortmund "Borussiya"sına 5:0 hesabı ilə qalib gələrək Bundesliqada liderliyi ələ "Bavariya"da dava düşüb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə komandanın dünən keçirilən mətbuat üçün qapalı məşqində baş verib. İddiaya görə, Robert Levandovski və Kinqsli Koman yumruq davasına çıxıb.

Buna səbəb Levandovskinin Komana irad bildirməsi olub. Əvvəlcə onlar mübahisə ediblər. Daha sonra isə futbolçular arasında yumruq davası düşüb. Dava edənləri Niklas Süle və Jerom Boatenq çətinliklə ayırıb. Marqarita pizza

Hadisədən sonra baş məşqçi Niko Kovaç hər iki futbolçunu məşqdən kənarlaşdırmaq isəyib. Lakin sonradan qərarını dəyişərək məşqi davam etdirib. "Bavariya" rəhbərliyinin hər iki futbolçunu cəzalandıracağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!