BAXCP adını niyə dəyişir? -   “Cəbhə səngər mənası verir”  

saytların hazırlanması

Evə çatdırılma

BAXCP adını niyə dəyişir? - “Cəbhə səngər mənası verir”  

Siyasət

18 Dekabr 2023 16:31 966


“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yalnız adında olan Xalq Cəbhəsi ifadəsində dəyişiklik edir. Bununla bağlı son qərarı da qurultay verəcək”.

Bunu Yenisabah.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

O, partiyanın ad dəyişikliyinin səbəblərini açıqlayıb:  Sezar pizza

“Xalq Cəbhəsi yarandığı vaxt Sovet İmperiyasına qarşı mübarizə aparıb. Cəbhə düşmənlə üz-üzə səngərdə olmaq mənasını verir. Xalq Cəbhəsinin önündə Azərbaycanın müstəqilliyinə qovuşması prinsipi dayanırdı. Cəbhənin önündə böyük bir imperiya var idi və onunla vuruşurdu. Ona görə də bu hərəkat olaraq yaranmışdı. Sonradan Ermənistanın işğalına qarşı mübarizə davam etdi. Bu 30 ildə hər iki cəbhədə qalibiyyət əldə olundu. 

Partiya rəhbərliyinin indiki düşüncəsinə görə, artıq biz Ədalət, Haqq və Hüquq (ƏHD) adından istifadə edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!