“Baxmaq hələ görmək deyil...” – Ramiz Rövşən

saytların hazırlanması

Evə çatdırılma

“Baxmaq hələ görmək deyil...” – Ramiz Rövşən

Yazar

15 Mart 2019 01:04 2728


Yazıçılar Birliyinin Natavan Kulubunda Azərbaycanda ilk dəfə eşitmə məhdudiyyətli oxucularla tanınmış şairlərin “Sevginin dili yoxdur” adlı görüşü olub. 

“Yeni Sabah” xəbər verir ki, Deaf Community və “Ümid var” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatcılığı ilə baş tutan tedbirde tanınmış şairler Ramiz Rövşən, Vahid Əziz,  Baba Veziroğlu iştirak edib. 

Tədbir boyu şairlərin şeirlərəri peşəkar komanda tərəfindən jest dilinə tərcümə olunub. Görüşdə eşitmə məhdudiyyətli oxucuları ilə fərqli, əllərin dili ilə ünsiyyət quran şairlər sevərək öz şerlərini sesləndirdilər. pizza mizza

Ramiz Rövşən çıxış edərək bu uşaqlara məhdudiyyətlilər deyilməsini qəbul etmədiyini bildirib. “İnsanların yalnız düşüncələri məhdudiyyətli ola bilər. Baxmaq hələ görmək deyil, eşitmək də hələ anlamaq deyil. O qədər eşidən və danışan insanlar var ki, danışmaqları günah, eşitməkləri heç bir məna kəsb etmir. Siz Allahın sevimli bəndələrisiniz”. 

Baba Vəziroğlu bu aləmi sirli-sehirli bir aləm olduğunu deyib: “Bu gün burdan saflaşıb gedirik. Şerlərimizin jest dilində söylənməsi çox maraqlı və təsirli idi”.

Vahid Əziz: “Allah sizləri müəyyən mənada məhdudiyyətli yaradıb, amma düşünürəm siz bizim hamımızdan üstünsünüz. Siz çox həssas insanlarsınız, sizin sevginiz də gözəldi”.

Görüşdə çıxış eden təşkilatçılar Nazilə Məhərrəmova ve Turan Məmmədli eşitmə məhdudiyyetli insanların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımdan mühüm əhəmiyyet kəsb edən tədbirin kəçirilməsində məqsədin həm də insanlarda inklüziv düşüncə tərzinin artmasına yardım göstermək olduğunu vurğulayıblar.

Tədbirin sonunda MyBrands mağazalar şəbəkəsi və “Zalova” brendinin hədiyyələri məhdudiyyətli oxuculara təqdim olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!