Bayden İran-Pakistan gərginliyini şərh etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden İran-Pakistan gərginliyini şərh etdi

Dünya

19 Yanvar 2024 10:05 420


Co Bayden İran və Pakistan arasındakı gərginlik fonunda vəziyyətin daha da necə inkişaf edəcəyi ilə bağlı proqnoz verməyə hazır olmadığını bildirib.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti İran və Pakistan arasında zərbə mübadiləsini şərh edərkən deyib: 

“Gördüyünüz kimi, İran regionda o qədər də bəyənilmir. Hadisələr necə inkişaf edəcək? Bunun üzərində işləyirik. Proseslərin necə gedəcəyini bilmirəm”. pizza mizza

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə vurğulayıb: "Regionda gərginliyin artmasından narahatıq. Ekskalasiyaya ehtiyac yoxdur və bütün tərəfləri təmkinli olmağa çağırırıq”.

Miller Pakistanın NATO-dan kənar ABŞ-ın əsas müttəfiqlərindən biri olduğunu xatırladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!