Bayden onu Azərbaycana göndərir

saytların hazırlanması

Evə çatdırılma

Bayden onu Azərbaycana göndərir

Siyasət

26 May 2022 08:26 916


ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Bu barədə “Report” Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir. Pepperoni pizza

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlavə diplomat Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

O, Massaçusetsdəki Tafts Universitetində bakalavr, fəxri məzunu olduğu Milli Müharibə Kollecində magistr dərəcəsi alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda (“Sciences-Po”) təhsil alıb. Polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!