"ABŞ Konqresi və Senatı 2019-ci ildə qondarma erməni "soyqırımı" ilə bağlı sənəd qəbul etdi. Ondan daha əvvəllər də Fransa, Rusiya, Almaniya və sair kimi ölkələr 1915-ci ildə baş verən və əslində özlərinin səbəb olduğu hadisələri "soyqırım" kimi tanıdılar. Maraqlısı budur ki, hər belə bir qərardan sonra Türkiyə və türk dünyası daha da gücləndi. Hər belə bir qərardan sonra Ermənistan daha da zəiflədi. Və 2020-ci ildə ağır məğlubiyyətə uğradı, beli qırıldı".
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Komitə sədri Tahir Mirkişili bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Joe Bayden son 40 ildə ilk dəfə olaraq "soyqırım" sözünü işlətməklə Türkiyəyə yeni uğurlar “arzulayıb”: Sezar pizza
"Tezliklə yeni uğurların şahidi olacağıq. Əminəm ki, türk dünyasının aparıcı bir parçası olan Azərbaycanın da bu uğurlardan payı olacaq. Məsələn, Zəngəzur dəhlizi. Tanrı türkü qorusun!".
Telegram kanalımız