Bayden Zelenski ilə görüşdü və Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden Zelenski ilə görüşdü və Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı elan etdi

Siyasət

13 Dekabr 2023 00:30 519


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiqləyib.

“Report” “Sky News”dakı yayıma istinadən xəbər verir ki, bu barədə Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

“Rusiyanın hərbi müdaxilə ilə mübarizədə ümid itirməyinizi istəmirəm”, - Bayden Zelenskiyə deyib. Toyuqlu pizza

Bayden hesab edir ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir. Amerikalı siyasətçinin fikrincə, əgər bu baş verməsə, bu, “Putin üçün Milad hədiyyəsi” olacaq”.

O, Zelenskini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Bu arada, respublikaçıların Senatdakı lideri Mitç Makkonnell Miladdan əvvəl 60 milyard dollarlıq yardım paketinin təsdiqlənməsinin “faktiki olaraq mümkün olmadığını” söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!