Baydenin Kiyevə sürpriz səfəri - “Bunu əvvəlcədən hazırlamışdılar, çünki...”

saytların hazırlanması

Evə çatdırılma

Baydenin Kiyevə sürpriz səfəri - “Bunu əvvəlcədən hazırlamışdılar, çünki...”

Siyasət

20 Fevral 2023 21:11 1586


“ABŞ Prezidenti Co Baydenin Kiyevə səfərinə keçməzdən əvvəl istərdim ki, bir gün öncə baş tutan Münxen Təhlükəsizlik Konfransına qayıdım. Çünki orada bizimlə bərabər bütün dünya birliyi bir trendin şahidi oldu ki, kollektiv Qərb ABŞ başda olmaqla müharibəyə “hə” deyir ki, Rusiya və Ukrayna arasında gedən bu qanlı-qadalı qarşıdurma dayanmasın, əksinə, intensiv şəkildə davam etsin. Loru dildə desək, bunun adına “vurun, bir-birinizi, nə qədər imkan var” demək olar. Onlar bu saat bunu istəyirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov ABŞ prezidenti Co Baydenin sürpriz Kiyev səfərini, habelə müharibənin ildönümündən sonra baş verə biləcəklər hadisələri şərh edərkən deyib.

T. Abbasova görə, məlum konfrasında Azərbaycan, Ermənistan və Gürcüstanı da anti-Rusiya cəbhəsinə bağlamağa cəhd etmək istəyiblər: pizza hut

“Xüsusi panelin moderatoru açıq-aşkar çalışırdı ki, təhriki mövqedən bu dövlətləri anti-Rusiya cəbhəsinə cəlb etsin. Görəndə ki, Azərbaycan Prezidenti ona tutarlı cavab verərək dedi ki, “bizim öz müharibəmiz var, biz onun fəsadlarını bitirmək və sülhə yol açmaq istəyirik”, onda moderator anladı ki, onun niyyəti hakim kəsilə bilməyəcək və ona görə təxribatyönümlü suallara keçdi”.

“Mən heç bir liderin, yaxud siyasətçinin dilindən Münxen konfransında eşitmədim ki, gəlin, bunları barışdıraq və bununla bağlı sülh formatını müzakirə edək. Bir qayda olaraq, dedilər ki, biz Rusiyanın köpək dişlərini çıxarmalıyıq ki, o başqalarına təhdid törətməsin və onu haldan-hala salaq. Ona görə də Baydenin səfərini gözlənilməz qəbul etmirəm. Çünki bunu əvvəlcədən hazırlamışdılar. Həqiqətən də bu Qərbin Rusiyaya təzyiq formasıdır ki, Ukrayna tək deyil. Lakin burada ən böyük faciə ondan ibarətdir ki, – mən Rusiyanın əl-üzünü yuyub, ona bəraət qazandırmıram – əgər təhlükəsizlik konfransında müharibənin təbliğindən, intensiv olmasından və onun ətrafında olan təkliflərdən istifadə olunursa, deməli, bu müharibədə ən böyük maraqlı olan tərəf Qərbdir” – siyasi şərhçi söyləyib.

T.Abbasov bildirib ki, bəzi məsələlərdə kollektiv Qərb anlayışı özünü doğrultmur:

“Çünki ABŞ öz başına, Avropa isə öz başına hərəkət edir. Biz Cənubi Qafqazdakı vəziyyətlə bağlı da görürük ki, Fransa prezidenti Emmanuel Makron mənfur, dağıdıcı və iyrənc bir siyasət yürüdür. Mənə elə gəlir ki, bu, ABŞ-ın razılığa ilə edilən bir yanaşmadır.

Həmçinin, biz indiki bu ağır məqamda görürük ki, dünya nizamı artıq parçalanır, lakin belə olan anda fövqəlqüvvələr dünyanı müharibəyə səsləyirlər. Ona görə də Baydenin Kiyevə səfər etməsi bu anlama gəlir ki, “Ukrayna, sən tək deyilsən, vuruş-çalış, biz sənə dəstək verəcəyik”.

“Amma bu dəstək verilsə belə, Rusiya ilə Ukraynanın potensialı müxtəlif çəkilidir. Ukrayna istəsə də, Rusiya ilə baş-başa gələ bilməyəcək. Hələ ki qarşıdurma 1 ildir gedir. İndiki bu ağır durumda sülhə çağıranlar daha sağlam mövqedədirlər, nəinki Almaniya kansleri Olaf Şolza, Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Co Bayden. Onlar açıq-aşkar artıq Rusiyanı təkləməyə çalışırlar və bu işin fonunda mən heç də yaxşı cərəyanları görmürəm. Burada çox təhlükəli bir trend dərinləşir ki, onun da əziyyətini bütün Avrasiya məkanı, hətta qlobal dünya yaşaya bilər. Bunlar çox arzuolunmaz istəklərdir”, – siyasi təhlilçi fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!