Baydenin köməkçiləri: Ukrayna tezliklə məğlub olacaq

saytların hazırlanması

Evə çatdırılma

Baydenin köməkçiləri: Ukrayna tezliklə məğlub olacaq

Dünya

20 Yanvar 2024 13:42 528


Konqres yaxın günlərdə Ukraynaya əlavə hərbi yardıma icazə verməsə, Rusiya həftələr, ən yaxşı halda aylar ərzində müharibədə qalib gələ bilər.

Yenisabah.az NBC News-a istinadla xəbər verir ki, bunu Co Baydenin baş köməkçiləri qanunvericilərə açıq şəkildə bildiriblər.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Milli Kəşfiyyatın direktoru Avril Haynes konqresmenlərə deyiblər ki, Ukraynanın bəzi hava hücumundan müdafiə və artilleriya aktivləri yaxın həftələrdə tükənəcək. Marqarita pizza

Sallivan Ukraynanın vəziyyətinin il boyu daha da çətinləşəcəyini vurğulayıb.

İclasda konqres liderlərindən ibarət ikipartiyalı qrup Ukraynaya yardım göstərməyin milli təhlükəsizlik prioritetlərindən biri olduğu barədə razılığa gəlib, lakin etiraf ediblər ki, qanunvericilikdə irəliləyişin necə olacağı ilə bağlı fikir ayrılıqları var.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Bayden Ukraynaya daha 60 milyard dollarlıq hərbi yardım istəyib və bunun bir hissəsi Amerika təchizatını artırmaq üçün istifadə olunacaq. Bundan əvvəl Konqres Ukraynaya 75 milyard dollara yaxın vəsaitin ayrılmasına icazə verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!