Baydenin oğlu narkoman çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Baydenin oğlu narkoman çıxdı

Dünya

14 Fevral 2024 15:18 521


ABŞ-ın Ədliyyə Nazirliyi Co Baydenin oğlu Hanterin narkotik vasitələrdən istifadə etdiyinə dair sübutlar tapıb.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, bu barədə hesabatda deyilir.

Hanter Baydenin telefonunda onun narkotik istifadə etdiyini göstərən çoxlu fotoşəkillər tapılıb. Görüntülər 2018-ci ilin sonuna aiddir. Fotolarda narkotik maddələr olan çantalar, eləcə də onlardan istifadə üçün aksesuarlar əks olunub. Sezar pizza

Bundan əlavə, ABŞ Ədliyyə Departamentində Amerika liderinin oğlunun yazışmalarından skrinşotlar var, o, ya qadağan olunmuş maddələrdən istifadə hallarından danışır, ya da onları almaqda maraqlıdır.

Nazirlik bu görüntüləri məhkəmədə Hanter Baydenin həmin vaxt narkotikdən istifadə etmədiyi barədə dediklərini təkzib etmək üçün göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!