ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun andiçmə mərasimindən sonra ən aşağı səviyyəyə düşüb.
Yenisabah.az xəbər verir ki, bu “The Washington Post” və “ABC” telekanalı tərəfindən bazar günü dərc olunan sorğunun nəticələrində qeyd olunur.
Təqdim olunan məlumatlara görə, Baydenin dövlət başçısı kimi fəaliyyəti respondentlərin 41%-i tərəfindən bəyənilib. Sorğuda iştirak edənlərin 53%-i əks fikirdədir. Qalanları cavab verməyib. pizza sifarişi
Ekspertlərin fikrincə, bu, Baydenin yanvar ayında inauqurasiyasından sonra qeydə alınan ən aşağı reytinqidir.
Sentyabrda Baydenin prezident kimi fəaliyyəti respondentlərin 44%-i tərəfindən bəyənilib. Daha sonra sorğu iştirakçılarının 51%-i əks fikirdə olub. İyun ayında bu göstəricilər müvafiq olaraq 50% və 42%, apreldə 52% və 42% təşkil edib. /Virtualaz.org
Telegram kanalımız