Baydenin Rusiyaya girişi qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Baydenin Rusiyaya girişi qadağan edildi

Dünya

21 May 2022 17:01 911


Rusiya ABŞ prezidenti Co Baydenin ölkə ərazisinə daxil olmasını rəsmən qadağan edib.

Yenisabah.az xəbər verir ki, b barədə ümumilikdə 963 ABŞ vətəndaşının daxil olduğu sanksiya siyahısını dərc edən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Stop siyahısı”na ABŞ-ın bir sıra digər yüksək rütbəli rəsmiləri də daxil edilib: Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli. Toyuqlu pizza

Rusiya Xarici İşlər Nazirliyinin belə bir tədbiri ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qarşı cavab tədbirləri kontekstində və Rusiya “stop siyahısı”nın şəxsi heyəti ilə bağlı daxil olan müraciətlərlə bağlı atdığı vurğulanır.

“Rusiyanın əks-sanksiyaları məcburi xarakter daşıyır və dünyanın qalan hissəsinə neokolonial “qaydalara əsaslanan dünya nizamı” sırımağa çalışan hakim Amerika rejimini geosiyasi reallıqları nəzərə alaraq öz davranışını dəyişməyə məcbur etmək məqsədi daşıyır”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

Vurğulanır ki, Rusiya qarşıdurmaya can atmır və hər zaman Amerika xalqını rusofobiyanı qızışdıran ABŞ hakimiyyət orqanlarından və onlara xidmət edənlərdən ayıraraq, dürüst, qarşılıqlı hörmət əsasında dialoqa açıqdır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!