Bayılda evdən içərisində qızıllar olan seyf oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Bayılda evdən içərisində qızıllar olan seyf oğurlanıb

Kriminal

03 Fevral 2019 02:37 1076


Fevralın 1-də Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsində yaşayan paytaxt sakini Şakir Eminbəyli Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yaşadığı evin ikinci mərtəbəsindəki pəncərə və dəmir barmaqlıqlar sındırılaraq ona məxsus içərisində qızıl-zinət əşyaları və sənədlər olan seyf oğurlanıb.  Zərərçəkən izahatında ona təxminən 12000 manat dəyərində maddi ziyanın dəydini bildirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar -  İslam Qurbanov və  Ülvi Muradov saxlanılıb, cinayətin digər iştirakçısının isə şəxsiyyəti müəyyən edillib.

Həmin evdən oğurlanan zinət əşyalarından bir qismi Ü.Muradovun şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə qızıl qəbulu məntəqəsinə satılıb. Pepperoni pizza

Hadisədən sonra seyf dəstənin digər üzvü İ.Qurbanovun yaşadığı mənzildə kəsilib. Seyfdən çıxan qızıl-zinət əşyalarının bir hissəsi İ.Qurbanovda qalıb.

Faktla bağlı Səbail Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!