Bayraktar TB3 silahlandırılıb HAVAYA QALXDI

saytların hazırlanması

Evə çatdırılma

Bayraktar TB3 silahlandırılıb HAVAYA QALXDI

Sosial

18 Yanvar 2025 13:11 266


Qısa uçuş-enmə zolağına malik gəmidən havaya qalxan və enən ilk PUA olan, dünya aviasiya tarixində yeni zəmin yaradan Bayraktar TB3 MAM-T sursatları ilə ilk atış sınağı edib.

Yenisabah.az xəbər verir ki, Bayraktar TB3 sursat inteqrasiya sınaqlarına start verib.

Atış sınağını yerinə yetirmək üçün uçuş edən Bayraktar TB3 Aselsan tərəfindən hazırlanan “ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sistemi” ilə ilk atışında hədəfi tam dəqiqliklə vurmağı bacarıb. pizza

Bildirilib ki, silahlı Bayraktar TB3 PUA, müəyyən edilmiş sınaq cədvəlinə uyğun olaraq inkişaf prosesi çərçivəsində faydalı yük və sursat inteqrasiyası testlərini davam etdirəcək.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!