Bayram gecəsi İmişlidə iki müxtəlif yerdə yol nəqliyyat hadisəsi baş verib. Hər iki qəzada yaralananlar var.
“Yeni Sabah” xəbər verir ki, hadisələrdən biri gecə saat 21 radələrində İmişli-Mirili yerli əhəmiyyətli avtomobil yolunun Bəcirəvan kəndində olub. Qəza zamanı VAZ-2107 markalı minik maşını yoldan çıxıb. Hadisə nəticəsində İmişli rayon Qulubəyli kənd sakini 1975 təvəllüdlü Qasımov Elxan Məhərrəm oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya İmişli rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərilib və Bakı şəhərimə göndərilib.
Digər qəza isə səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayon Məhəmmədli kəndindən keçən hissəsində baş verib. Qəza zamanı VAZ-2106 markalı avtomobil idarə etməni itirərək yoldan çıxıb. Hadisə nəticəsində İmişli rayon sakini 1958 təvəllüdlü Cəbiyev Əlisafa Cəbi oğlu xəsarət alıb. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Dördpendirli pizza
Telegram kanalımız