KTM: Bayram günlərində 13 nəfər zəhərlənib

saytların hazırlanması

Evə çatdırılma

KTM: Bayram günlərində 13 nəfər zəhərlənib

Sağlamlıq

05 Yanvar 2026 10:01 683


Bayram tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Bu barədə “Yeni Sabah”a tibb müəssisəsindən məlumat verilib. 

Müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir. Toyuqlu pizza

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!