Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib

Turizm

05 Yanvar 2023 12:46 26942


Bayram tətili günlərində havaların əlverişli keçməsi ölkənin müxtəlif bölgələrində yerləşən milli parklarda canlanmaya səbəb olub. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Yenisabah.az-a bildirib ki, bu günlərdə Azərbaycanın milli parklarına 5011 turist səfər edib və ən çox turist qəbul edən milli parklarımız  Göygöl, Abşeron və Ağgöl olub.

“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”. Pepperoni pizza

Xatırladaq ki, bayram tətili günlərində  milli parklarda “açıq qapı” günü elan edilib və ziyarətçilər ödənişdən azad olunub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!