Əhali arasında təhlükəli virusun yayıldığı təsdiqləndi -   Rekord göstərici qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Əhali arasında təhlükəli virusun yayıldığı təsdiqləndi - Rekord göstərici qeydə alınıb

Sağlamlıq

05 Yanvar 2026 14:31 14724


Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə “Yeni Sabah”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.12.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə 27 779 çağırış daxil olub. Onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb.  Pepperoni pizza

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub. 

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2026-cı il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!