Göyçay şəhərinin mərkəzində bayram günü bədbəxt hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə dünən axşam Göyçay şəhərinin Nərimanov adlanan küçəsində qeydə alınıb. Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən "Oskar" adlanan marketin qarşısındakı irigövdəli cinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.
Beləliklə o, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi nəticəsində təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, buna baxmayaraq o, yolda dünyasını dəyişib. Toyuqlu pizza
Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi.
Mərhum bu gün dəfn edilib.
Davud Tarverdiyev
Telegram kanalımız