Bayram namazı qılındı

Bayram namazı qılındı

Din Veb saytların hazırlanması

12 Avqust 2019 07:48 1435


Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

“Təzəpir” məscidində bayram namazı məscidin imamı Mircəfər Əyyubovun pişnamazlığı ilə qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!